İtaliya nəhəngləri “Beşiktaş”ın ulduzu üçün yarışırlar
“Beşiktaş”ın hücumçusu Çiro İmmobile İtaliya A Seriyasına qayıtmağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin yazdığına görə, “Fiorentina” artıq 35 yaşlı forvarda 2 illik müqavilə təklif edib. Futbolçu ilə “Milan” da maraqlanır. Bildirilir ki, İmmobile son günlərdə “qırmızı-qaralar”ın bazasını ziyarət edib.
Təcrübəli hücumçu 2024-cü ilin yayında “Beşiktaş”a keçib. Geridə qalan mövsümdə o, İstanbul klubunun heyətində 41 oyunda iştirak edib, 19 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İmmobile daha əvvəl “Latsio”, “Sevilya”, “Torino”, Dortmund “Borussiya”sı, “Yuventus”, “Cenoa”, “Peskara” və “Siena” kimi klubların formasını geyinib.\
Aut.az
