Kapellodan İtaliya nəhənglərinə irad: Fitə basılmağa layiq idiniz
Fabio Kapello “Yuventus”la “Milan” arasında keçirilən oyunun qolsuz bərabərliklə başa çatmasından narazı qalıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis “Rai Radio 1”-də deyib:
“Ən yaxşı şou olmadı. İlk hissə darıxdırıcı oldu, heç bir komanda risk etmək üçün cəsarətini toplaya bilmədi. İkinci hissə bir az daha maraqlı oldu.
Biz belə komandalardan bir az daha maraqlı matç gözləyirdik. Ümumiyyətlə, sonda onlar layiqincə fitə basıldılar. Mən başa düşmədim ki, Konseysaonu niyə əvəz etdilər”.
Aut.az
