İtaliya

Əməliyyat olundu

“Yuventus”un müdafiəçisi Mattia de Şilyo əməliyyat olunub.

Aut.az xəbər verir ki, futbolçu dizindən əməliyyat edilib.

De Şilyo mayın 3-də, “Leççe” ilə oyunda zədələnib. Həkimlər ona dizdə çarpaz bağın yırtılması diaqnozu qoyublar.

Futbolçu tezliklə uzun reabilitasiya prosesinə başlayacaq.

30 yaşlı de Şilyo bu mövsüm bütün yarışlarda 25 oyuna çıxıb.