“Onu buna görə qınaya bilmərəm”
“İnter”in baş məşqçisi Simone İnzagi Belçika millisinin kapitanı Romelu Lukakunun “The Best”dəki səsverməsi barədə danışıb.
Aut.az xəbər verir ki, forvard italiyalı mütəxəssisi ilk 3-lüyə daxil etməyib. Lukaku birinci yeri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya, ikinci yeri “Barselona”nın çalışdıran Xaviyə, üçüncü yeri isə İtaliya millisinin “sükanı arxasında” olan Luçano Spalettiyə verib.
Ötən mövsüm Lukaku İnzaqinin rəhbərliyi altında Milan komandasında çıxış edib. “İnter” İtaliya kubokunu və Superkubokunu qazanıb. Həmçinin UEFA Çempionlar Liqasının finalına yüksəlib.
