Əməliyyat olunan Dibala meydanlara nə vaxt qayıdacaq? – Həkimlər deyiblər ki…
“Roma”nın hücumçusu Paulo Dibala sol budunun vətərindən əməliyyat olunduqdan sonra İtaliyaya qayıdıb.
Aut.az xəbər verir ki, argentinalı ulduz gələcək mövsümün startını buraxacağı biləcəyi ilə bağlı iddialaırn real ola biləcəyini istisna etmir. Londondakı əməliyyatdan sonra Romaya qayıdan Dibala hava limanında ondan sentyabrdan əvvəl meydanlara dönüb-dönməyəcəyini soruşan jurnalistlərə belə cavab verib:
“Bilmirəm. Mən qoltuq dəyənəyi olmadan yeriyə bilirəm, amma həkimlər mənə onlardan daha bir müddət istifadə etməli olduğumu dedilər. Özümü yaxşı hiss edirəm, hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, bu mövsüm Paulo Dibala romalıların heyətində 36 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
