İtaliyaDünya futbolu

PSJ 100 milyon versə, “İnter” onu satacaq

PSJ Kilian Mbappenin yerinə A Seriyasının ulduzlarından birini transfer etməkdə maraqlıdır.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, parislilər “Napoli”nin hücumçusu Viktor Osimhen , “Milan” ın vingeri Rafael Leau və “İnter”in hücumçusu Lautaro Martineslə maraqlanır .

PSJ-nin idman direktoru Luis Kampos artıq bir neçə aydır ki, “Lill”dən tanıdığı Osimhen ətrafında vəziyyəti izləyir. Forvardın yayda mütləq “Napoli”dən ayrılacağı artıq məlumdur. Onun müqaviləsində 130 milyon avro təzminat bəndi nəzərdə tutulub. Osimhen karyerasını Premyer Liqada davam etdirməyi üstün tutsa da, hələ də PSJ-yə keçməyə razı ola bilər.

Leaunun təzminatı 170 milyon avrodur, lakin “Milan” bonuslar istisna olmaqla 100-120 milyon avroluq təkliflə danışıqlara razı ola bilər.

PSJ Lautaro və “İnter” arasında yeni müqavilə ilə bağlı danışıqların gedişini diqqətlə izləyir. Futbolçunun hazırkı müqavilə 2026-cı ilə qədərdir. “İnter” 2028-ci ilə qədər uzadılmasını təklif edir. Lautaro hər mövsümə 10 milyon avro almaq istəyir, lakin “neradzurri”nin təklifi 8 milyona çətinliklə çatır.

“İnter” forvardı 150 milyon avro dəyərləndirir. Eyni zamanda, komandada toxunulmaz sayılacaq bir futbolçu yoxdur. Əgər PSJ bonuslar istisna olmaqla 100 milyon avro təklif etsə, danışıqlar sürətlə gedə bilər.

Aut.az