Dünya futbolu

Vinisius Ançelottinin debütündən danışdı

Braziliya millisinin hücumçusu Vinisius Junior Karlo Ançelottinin yığmadakı ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, geridə qalan mövsümə qədər “Real”da birlikdə çalışdığı italyan mütəxəssis barədə bu sözləri deyib:

“Ançelottinin burada, bizimlə olmasından çox məmnunam. Həmişə demişəm ki, o, mənimlə işləyən ən yaxşı məşqçidir. Amma əlbəttə ki, özünü və oyun planını göstərməyə vaxtı olmadı.

Hamımız birlikdə qalmalı, yaxşı əhval-ruhiyyəni qorumalıyıq. Dünya çempionatı artıq yaxındadır və seçmə mərhələni uğurla başa vurmaq üçün birliyimizi saxlamalıyıq.

Paraqvayla oyun? Evdə oynamaq həmişə yaxşıdır. Uzun müddətdir ki, San-Pauluda oynamamışıq. Orada oynayacağım üçün sevincliyəm, ümid edirəm ki, qalib gələcəyik”.

Qeyd edək ki, bu gecə Braziliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla heç-heçə edib — 0:0.

Aut.az