İtaliya polisi əməliyyat keçirdi: “San Siro”nun satışına görə
İtaliya maliyyə polisi Milan şəhər şurasının ofislərində 200 milyon avroluq satış əməliyyatı ilə bağlı axtarış keçirib.
Aut.az xəbər verir ki, Məsələ “San-Siro” stadionunun “İnter” və “Milan” klublarına satışı ilə bağlıdır. Hər iki klub uzun illər mövcud stadionun yerləşdiyi ərazini alıb öz arenalarını inşa etmək istəyirdi. Bir neçə uğursuz cəhd və layihədən sonra onlar nəhayət 2025-ci ilin noyabrında icazə alıblar.
Lakin bu, bütün problemlərin həll olunduğu anlamına gəlmir. Bir çox yerli məmur və siyasətçi stadionun sökülməsinə qarşı çıxır. Bu barədə “Football Italia” məlumat yayıb.
Axtarışlar zamanı kompüterlər və mobil telefonlar götürülüb. Hazırda 9 nəfər istintaq altındadır. Onlar arasında “İnter”in sabiq baş direktoru Alessandro Antonello və “Milan”ı idarə edən “Sport Life City” şirkətinin prezidenti Cüzeppe Bonomi də var. Hər ikisi “İnter” və “Milan”ın maraqlarına xidmət edən gizli məlumatların ötürülməsi və arxa plan əməliyyatları ilə bağlı şübhəli bilinir. Bu fəaliyyətlər digər iştirakçılar arasında ədalətsiz rəqabətə səbəb olub.
“Milan” və “İnter” iş üzrə təqsirləndirilmir, amma axtarışlar stadionu idarə etmək üçün yaradılmış hər iki klubun mülkiyyətində olan şirkətdə aparılıb.
Aut.az
