Dünya futboluİtaliya

Avro-2024-də parlayan gənc bu nəhəngin hədəfində

 İsveçrə millisinin və “Bolonya”nın 23 yaşlı cinah oyunçusu Dan Ndoye ” İnter”ə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində yazıb.

Mənbənin sözlərinə görə, futbolçu millinin heyətində Almaniyaya qarşı ilk qolunu vuraraq Avro-2024-ün sürprizlərindən biri olub. Futbolçu ilə “İnter”in maraqlandığı bildirilir.

Ndoye 2023-cü ildən “Bolonya”da çıxış edir. Ötən mövsüm 23 yaşlı cinah yarımmüdafiəçisi klubun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 14 milyon avrodur.

Aut.az