Dünya futbolu

Cəmisi 11 oyun: Villian bu klubdan da ayrıldı

Yunanıstanın “Olimpiakos” klubu əvvəllər “Çelsi”də çıxış etmiş 36 yaşlı braziliyalı cinah oyunçusu Villianın komandadan ayrıldığını açıqlayıb.

“Olimpiakos” Villiana gələcək karyerasında uğurlar arzulayır. Onun Pireydə həmişə ailəsi olacaq”, – klubun “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

Villian 2024-cü ilin sentyabrında “Olimpiakos”a keçmişdi. Bu müddət ərzində braziliyalı bütün turnirlərdə 11 klub matçında iştirak edib və bir məhsuldar ötürmə edib.

Villian karyerasının böyük hissəsini “Çelsi”də keçirib. Braziliyalı 7 il (2013-cü ildən 2020-ci ilə kimi) “mavilər”də çıxış edib. London klubu ilə o, iki Premyer Liqa titulunu, bir Liqa Kubokunu, bir İngiltərə Kubokunu və bir Avropa Liqasını qazanıb.

Cinah oyunçusu həmçinin “Korintians”, “Şaxtyor”, “Anji”, “Arsenal” və “Fulhem”də də çıxış edib.

Aut.az