2025-ci ildə karyerasını bitirə bilər: Bir şərtlə
Yaponiyalı tennisçi Naomi Osaka maraqlı açıqlama verib.
Aut.az xəbər veirr ki, o, 2025-ci ildə karyerasını bitirməyə hazır olduğunu bildirib:
“Mən özümü zirvədən kənarda qala biləcək oyunçu tipi hesab etmirəm. Turda olan bütün tennisçilərə böyük hörmətim var, amma hazırda reytinqdə müəyyən pillədən yuxarı qalxmasam, karyeramı necə davam etdirə biləcəyimi görmürəm.
Olmalı olduğum və ola biləcəyimi hiss etdiyim yerdə olmasam, qızımla vaxt keçirməyi üstün tuturam.
2024-cü ildə daha təvazökar oldum, amma çox böyüdüyümün də fərqinə varıram. Əvvəlkindən daha çox çalışdım. Ona görə də istədiyim nəticəni əldə etməmək çox ağrılı idi, amma özümü böyüdüyüm və öyrəndiyim kimi hiss edirəm. Ona görə də mən gələn ili səbirsizliklə gözləyirəm”.
Aut.az
