Dünya futbolu

Dünyanın ən bahalı 10 liqası

“Sportingpedia” dünyanın ən bahalı liqalarının reytinqini açıqlayıb.

Aut.az xəbər verir ki, siyahı çempionatlarda çıxış edən bütün futbolçuların təxmini dəyərinə əsaslanaraq tərtib edilib.

Ən bahalı yarış İngiltərə Premyer Liqası olub. “Dumanlı albion”da futbolçuların ümumi dəyəri 11,77 milyard avro olaraq qiymətləndirilir.

“İlk üçlük”də İspaniya La Liqası (5,29 milyard) və İtaliya A seriyası (5,07 milyard) yer alıb.

Siyahının sonrakı sıralarında Almaniya Bundesliqası (4,48 milyard), Fransa Liqa1 (3,52 milyard), Braziliya A seriyası (1,63 milyard), Portuqaliya Premyer Liqası (1,59 milyard), Niderland Erediviziyası (1,28 milyard), ABŞ və Kanada komandalarınım çıxış etdiyi MLS (1,24 milyard) və Türkiyə Superıiqası (1,15 milyard) qərarlaşıb.