Futbolun əfsanəsi tanınmaz halda: Bir əlində içki, bir əlində… – VİDEO
“İnter”in və Braziliya millisinin sabiq hücumçusu Adriano Rio-de-Janeyro küçələrinin birində görünüşü ilə hər kəsi heyrətə gətirib.
Aut.az xəbər verir ki, internetdə sabiq əfsanəvi futbolçunun sərxoş vəziyyətdə göründüyü bir neçə video yayılıb. Videolardan birində ayaqyalın Adriano bir əlində bir stəkan içki, digərində isə siqaret tutub.
Bir müddət əvvəl “İnter”in sabiq hücumçusu atasını itirmişdi. Keçmiş futbolçu atasının ölümündən sonra depressiya ilə mübarizə aparırdı, görünür, bu günə qədər öhdəsindən gələ bilməyib.
Braziliya millisinin heyətində Adriano 48 oyun keçirib və 27 qol vurub.
Quand tu sais que Adriano a sombré dans la dépression après la mort de son père et s’en est jamais relevé ça déchire le cœur de le voir ainsi. On a pas tous la même force face aux épreuves, soyons humbles. pic.twitter.com/L6tiwOz3Ff
— Sebastien-Abdelhamid (@SAbdelhamid) October 31, 2024
