Rusların iddiası: Əksər federasiyalar onların qayıtmasını istəyir?
Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov bəyan edib ki, milli futbol federasiyalarının mütləq əksəriyyəti Rusiyanın beynəlxalq arenaya qayıtmasını dəstəkləyir.
Aut.az xəbər verir ki, “RB Sport”un “Rusiyanın qayıdışını dəstəkləyən ölkələrin sayı artıb, yoxsa azalıb?” sualına Mitrofanov belə cavab verib:
“Bu sual iki hissəyə bölünür: ölkələr və federasiyalar. Milli futbol federasiyalarının böyük əksəriyyəti Rusiyanın qayıtmasını dəstəkləyir. Bura Avropa ölkələrinin futbol federasiyaları daxildir ki, onlar bizim beynəlxalq yarışlarda iştirakımızın qəti əleyhinədirlər.
Daha sonra qayıdışın texniki cəhətdən necə təşkil olunacağı, siyasi hakimiyyətin xüsusilə UEFA-ya təzyiqləri gəlir. Burada ziddiyyət ondan ibarətdir ki, UEFA futbol federasiyaları ilə məsləhətləşmədən Rusiyanı dayandırmaq qərarına gəlib. İndi də UEFA deyir ki, əvvəlcə onlarla məsləhətləşmək lazımdır. “Yaxşı, qoy məsləhətləşsinlər”.
Ukraynaya işğalçı hücumdan sonra bütün Rusiya komandaları, o cümlədən milli komandalar FİFA və UEFA tərəfindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Aut.az
