Ərdoğan Türkiyə yığmasını belə təbrik etdi – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Çempionatında 1/8 finala yüksəlməyi bacaran milli komandanı təbrik edib.
Aut.az xəbər verir ki, Prezident Baş məşqçi Vinçentso Montella, futbolçular Hakan Çalhanoğlu, Cenk Tosun və Barış Alper Yılmaz soyunub-geyinmə otağında olarkən onlara zəng edib.
Komandanı təbrik edən prezident Ərdoğan Avstriya ilə oyunda da onlara uğurlar arzulayıb.
