Xəbərdarlıq etdi: İtaliya futbolu öləcək
Serie A klubları bu gün növbəti 5 illik dövr üçün (2024-cü ildən 2029-cu ilə qədər) İtaliyada yayım hüquqlarının satışı üzrə yeni müqaviləyə səs veriblər.
Aut.az xəbər verir ki, əvvəlki dövrlə müqayisədə faktiki olaraq heç nə dəyişməyib. DAZN hər turun bütün 10 matçının yayımlanması üçün ildə 700 milyon avro ödəyəcək, onlardan 7-si eksklüziv olacaq. Hər turda daha üç matçı ildə 200 milyon avro ödəyəcək “Sky Sports” göstərəcək.
A Seriyasının 20 klubundan 17-si bu təklifin lehinə səs verib. “Salernitana” və “Kalyari” əleyhinə olduğu halda, “Napoli” ümumiyyətlə səs verməyib. Neapolluların sahibi Aurelio De Laurentis A Seriyasının artıq investor tapılmış öz telekanalının yaradılmasının tərəfdarıdır. Funksioner hazırkı şərtlərdə müqavilənin uzadılmasını kəskin tənqid edib:
“Belə təkliflərlə İtaliya futbolu ölkəcə. “Sky” və DAZN bacarıqsızdır. Onlarla imzalanan müqavilə İtaliya futboluna yaxşı heç nə gətirmir. Çempionlar Liqası, A seriyası, seriallar və şouları ehtiva edən paketləri görəndə İtaliya futbolunun əsl dəyərini anlayıram. DAZN digər idman növləri ilə birlikdə İtaliya futbolunun yayımını satır.
“Sky” və DAZN böyük investisiyalar qoymur. Həmin gün “Çelsi” – “Arsenal” Premyer Liqa matçına , sonra isə A Seriyasının üç matçına baxdım. Futbolumuzun çəkiliş tərzi sadəcə gülüncdür. Biz real stadionlar haqqında çox danışırıq, amma görüntü kefiyyəti haqqında çox az danışırıq”.
