“Yuve” “Milan”la danışığa başladı: Fransız görə
Turin “Yuventus”u fransalı müdafiəçi Pyer Kalyulyunun transferi üçün “Milan”la danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “byankoneri” futbolçunun icarəsi üçün “Milan”a 3 milyon avro təklif edib. Turin komandası müqaviləyə 14 milyon avro məbləğində satın alma variantını daxil etmək istəyir. Bildirilir ki, Kaluulyu artıq bu transferə razılıq verib.
Fransız futbolçu 2020-ci ildən İtaliya klubunda çıxış edir. Ötən mövsüm Kalyulyu “Milan”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb. 24 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.
Aut.az
