“Milan” sponsoru ilə müqaviləni yenilədi: 20% çox qazanacaqlar
“Milan” rəsmi sosial şəbəkə hesablarında “Emirates” aviaşirkəti ilə əməkdaşlığın uzadıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, aviaşirkət “rossonyerlər”in əsas sponsoru və rəsmi aviasiya tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək. Tərəfdaşlıq 2007-ci ildən başlayıb.
Müqaviləyə əsasən, sabit baza məbləği 20% artırılacaq və bu, “Milan” klubuna təxminən 35 milyon avro qazandıracaq.
Bundan əlavə, “Emirates” əsas komandanın, “Milan Futuro”nun, “Primavera”nın və bütün kişi gənclər akademiyasının oyun formalarının əsas sponsoru olacaq.
Aut.az
