İtaliya

Üçüncü forma, qeyri-adi rəng – FOTO

İtaliya “Milan”ı texniki sponsoru Puma ilə birlikdə komandanın 2023/2024 mövsümü üçün üçüncü formasını təqdim edib.

Aut.az xəbər verir ki, bu forma klub üçün tamamilə qeyri-adi rənglərdə hazırlanıb – tədricən firuzəyi rəngə çevrilən yasəmən.

Xatırladaq ki, dünən “Milan” belçikalı yarımmüdafiəçi Şarl De Quetelareni almaq hüququ ilə “Atlanta”ya icarəyə verib. Ötən il onun alınması üçün 35 milyon avro vermişdilər.

“Milan”ın yeni mövsümü gələn bazar ertəsi, avqustun 21-də A Seriyasında “Bolonya” ilə səfər matçı ilə başlayacaq.

Üçüncü forma, qeyri-adi rəng – FOTO