“Yuventus” onu ərəblərə satmaqdan imtina etdi
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyəcək.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Əl-Əhli” 27 yaşlı futbolçu üçün 25 milyon avro təklif etsə də, Turin klubu bu təklifdən imtina edib və oyunçusunu satmaq niyyətində deyil. Həmçinin Lokatellinin də komandadan ayrılmaq istəyi yoxdur.
Ötən mövsüm italiyalı yarımmüdafiəçi Turin təmsilçisinin heyətində bütün turnirlərdə 51 oyun keçirib, 2 qol vurub və 2 qol ötürməsi edib.
Aut.az
