İtaliya

Böyük bir mesaj göndərdik – Çalhanoğlu

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya çempionatının 14-cü turu çərçivəsində səfərdə “Napoli” üzərində qazanılan qələbədən (3:0) danışıb.

“Qolumdan məmnunam, amma düşünürəm ki, digər komandaların qələbələrinə reaksiya verməklə bu qələbəyə layiq idik. Biz heç vaxt təslim olmadığımız üçün böyük bir mesaj göndərdik. İki-üç komanda bir-biri ilə mübarizə aparır və “Napoli” güclü komandadır. Biz onlardan daha çox konsentrasiya olmuşduq və bilirik ki, bu qələbə çox önəmlidir”, – “İnter”in rəsmi saytı Çalhanoğlunun sözlərindən sitat gətirib.

Bu mövsüm Çalhanoğlu 17 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.

14 turdan sonra “İnter” 35 xalla A Seriyasına başçılıq edir. “Napoli” 5-ci yerdədir (24 xal).

Aut.az