“Qalatasaray”ın futbolçusundan bəd xəbər: Avropa çempionatını buraxacaq
“Aston Villa”nın cinah oyunçusu Nikolo Zaniolonun ayağında sınıq aşkarlanıb.
Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.
Məlumata görə, Zaniolo bu mövsüm artıq Birmingem klubunda oynamayacaq. O, həmçinin Avro 2024-ü buraxacaq.
Zaniolo zədə səbəbindən 2021-ci ildə İtaliyaya qalib gəldiyi Avropa çempionatını da buraxmışdı.
Qeyd edək ki, müqavilə ilə “Qalatasaray”a məxsus olan 24 yaşlı cinah oyunçusu İtaliya millisinin Avropa çempionatı üçün ilk ciddi itkisi deyil. Sandro Tonali (diskvalifikasiya) və Domeniko Berardi (axilles vətərinin qopması) da turniri buraxacaq.
Aut.az
