İngiltərə

Azarkeş həbs olundu: MY-nin avtobusuna hücuma görə

Polis dekabrın 17-də “Mançester Yunayted”in “Liverpul”la oyudan öncə avtobusuna şüşə atan 23 yaşlı azarkeşi həbs edib.

Aut.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qırmızılar”ın fanatı olan şəxs Mersisayd hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hansı ittihamlarla üzləşdiyi açıqlanmır.

“Mançester Yunayted”in avtobusuna butulka atılması nəticəsində şüşəsi çatlayıb. İçəridə olan “Yunayted” futbolçularından və texniki heyətindən heç kim xəsarət almayıb.