Azərbaycan futbolu

“Şamaxı” qalib gəldi

“Şamaxı” mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Aut.az xəbər verir ki, Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

“Şamaxı” I Liqanın digər təmsilçisi “Araz Saatlı” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı” qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda fevralın 1-i, saat 13:00-da “Karvan”la qarşılaşacaq.