İngiltərə

“Siti”də spirtli içki qəbul edən, qadınlarla yatan tək mən deyildim – Şok etiraf

 “Mançester Siti”nin keçmiş futbolçusu Benjamin Mendi idman rejimi haqda danışıb.

Aut.az xəbər verir ki, Mendi Covid məhdudiyyətlərini pozan yeganə “Siti” oyunçusu olmadığını da bildirib. Onun sözlərinə görə, “Siti”nin bir neçə futbolçusu şənliklərə qatılıb, spirtli içki qəbul edib və cinsi əlaqədə olub. Mendi hesab edir ki, belə bir vəziyyətdə təkcə onu cəzalandırmaq ədalətsizlik idi.

“Mançester Siti əsas komandasının bir neçə oyunçusu, o cümlədən klubun kapitanı mənim iştirak etdiyim və ev sahibi olduğum partiyalara getdi. Hamımız spirtli içki içdik. Hamımız tanımadığımız qadınlarla cinsi əlaqədə olmuşuq. Koronavirus dövründə hamımız məhdudiyyətləri pozmuşuq.

Bu, mənim davranışıma haqq qazandırmır, amma düşünürəm ki, “Mançester Siti”nin məni fərqləndirməsi ədalətsizlikdir. “Mançester Siti”nin digər oyunçularından fərqim odur ki, zorlamada yalandan günahlandırılan və ictimaiyyət qarşısında alçaldılan mən oldum”, – “Sky Sports” Mendinin sözlərini sitat gətirib.

Aut.az