İtaliya

“İnter” bu göstəricidə A seriyasının ən çox qazanan klubudur

2024/25 mövsümündə televiziya yayım hüquqlarından ən çox gəlir əldə edən İtaliya A Seriyası klubu “İnter” olub.

Aut.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

Milan təmsilçisi bu sahədən 81,6 milyon avro qazanıb. “Napoli”nin gəliri 67,8 milyon avro, “Yuventus”un 67,7 milyon avro, “Milan”ın 67,3 milyon avro, “Roma”nın isə 61,2 milyon avro təşkil edib.

Xatırladaq ki, A Seriyasının 2024/25 mövsümündə çempion “Napoli” olub, “İnter” ikinci, “Atalanta” isə üçüncü yeri tutub.

Aut.az