Bu klubun baş məşqçisi Vardinin transferini blokladı
“Cenoa”nın baş məşqçisi Patrik Vieyra klubun məşhur ingilis hücumçu Ceymi Vardini transfer etməsinə mane olub.
Aut.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.
Bildirilir ki, “Cenoa” Vardi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Lakin son anda “Cenoa”nın baş məşqçisi Patrik Vieyranın təşəbbüsü ilə sövdələşmə baş tutmayıb. O, keçmiş hücumçunun planlarında olmadığını bildirərək transferin qarşısını aldı.
Xatırladaq ki, Vardi bu yay azad agent olub. O , 2012-ci ildən oynadığı “Lester”dən ayrılıb . Daha əvvəl 38 yaşlı forvardın “Valensiya”ya keçə biləcəyi bildirilirdi.
Aut.az
