İngiltərə

“Premyer Liqa əvvəllər belə olmayıb”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqada bir neçə komandanın çempionluq titulu  və ya ilk 4-lük uğrunda mübarizə aparmasına heyrətlənir.

“Son 5 ildə Premyer Liqada baş verənlər inanılmazdır. Əvvəllər heç vaxt ilk 4 komandanın mövsümün bu mərhələsində bu qədər xalı olmamışdı. Bütün yeni komandalar liderlər qrupuna qoşulur. Əvvəlkiylə mövcud dövrü müqayisə etməyin mənası yoxdur. Bu cür rəqabət necə işləməyimizə və hazırlaşmağımıza təsir edir”.

Qeyd edək ki, 24 xalı olan “Arsenal” lider “Tottenhem”dən 2 xal geri qalır.

Aut.az