Basketbol

İnsanlar əfsanəyə niyə nifrət edirlər? – Səbəbi açıqlandı

Bir sıra NBA klublarının keçmiş baş məşqçisi, hazırda şərhçi və ekspert Sten Van Qundi insanların əhəmiyyətli bir hissəsinin “Los Anceles Lakers”in  ulduzu Lebron Ceymsə niyə nifrət etdikləri ilə bağlı fikirlərini bölüşüb .

Aut.az xəbər verir ki, Van Qundi bu barədə “Nothing Personal” podkastında deyib.

“Lebron uzun müddətdir ki, müxtəlif şeylərə görə nifrətlənir. İstər efirdə elan etdiyi “Mayami”yə transfer olunma qərarı, istər Erik Spoelstra ilə mübahisəsi. Tarixdəki istənilən NBA oyunçusunun ən yaxşı karyeraya sahib olmasına baxmayaraq, Lebrona nifrət edilir. Kimin ən yaxşı basketbolçu olduğunu mübahisə edə bilərik, lakin onun ən yaxşı karyerası olduğunu inkar etmək çətindir.

Mənim üçün ən heyrətləndiricisi odur ki, bu oğlan səkkizinci sinifdə artıq ictimai sima oldu. Və meydandan kənarda onun böyük qalmaqalı olub? Yoxdur.

O, sadəcə basketbolun və liqanın yaxşı təmsilçisi idi. Və yenə də ona nifrət edirdilər. Nifrəti heç başa düşmədim. Düşünürəm ki, bir çox insan Maykl Cordanı bütləşdirirdi və insanların “Lebron bu qədər yaxşıdırmı?” sualını verməsi, onun uğurlarını tanımaq əvəzinə ona nifrət yaratdı. Və bu kədərlidir”, – Qundi deyib.

Aut.az