KDÇ-2025: Hansı klub nə qədər qazanıb?
İspaniyanın “Real” klubu klublararası dünya Çempionatının 1/4 final mərhələsindən sonra turnirdə ən çox mükafat qazanan komanda olub.
Aut.az xəbər verir ki, Madrid klubunun qazancı 72,89 milyon avro təşkil edib.
“İlk üçlük”də Fransa nəhəngi PSJ və Braziliya təmsilçisi “Fluminense” qərarlaşıb.
Turnirin bu mərhələsinə qədər olan mükafat məbləğləri aşağıdakı kimi yenilənib:
Real (İspaniya) – 72,89 milyon avro
PSJ (Fransa) – 66,43 milyon avro
Fluminense (Braziliya) – 52,32 milyon avro
Çelsi (İngiltərə) – 50,83 milyon avro
Bavariya (Almaniya) – 48,97 milyon avro
Borussiya Dortmund (Almaniya) – 45,43 milyon avro
Mançester Siti (İngiltərə) – 42,51 milyon avro
Palmeyras (Braziliya) – 34,26 milyon avro
İnter (İtaliya) – 32,35 milyon avro
Əl-Hilal (Səudiyyə Ərəbistanı) – 29,39 milyon avro
Aut.az
