DÇ-2026-nın seçmə oyunu yarımçıq qaldı: Görün nə baş verib
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Finlandiya – Polşa matçı tamaşaçı özünü pis hiss etdiyinə görə yarımçıq qalıb.
Aut.az xəbər verir ki, tribunada olan finlandiyalı azarkeşin təcili tibbi yardıma ehtiyacı olduğu bildirilib. Hakim oyunu yarımçıq kəsib və hər iki komanda paltardəyişmə otaqlarına yollanıb.
Oyunun dayandırıldığı vaxt qarşılaşmada hesab 2:1 Finlandiya komandasının xeyrinə olub.
Aut.az
