Dünya cempionatı

ABŞ-ı taxtdan saldılar – hələ belə olmamışdı

ABŞ-ın qadınlardan ibarət komandası 2023-cü il Dünya Kubokunda 1/4 final mərhələsində çıxışını başa vuraraq dünya çempionu titulunu qoruya bilməyib.

ABŞ-İsveç matçının əsas və əlavə vaxtında komandalar qol vurmayıb. Penaltilər seriyasında isveçlilər 5:4 hesabı ilə qalib gəlib.

Tarixdə ilk dəfə olaraq amerikalı qadınlar Dünya Kubokunda medalsız qalıb. Komanda qadınlar arasında dünya çempionatının dördqat qalibidir.

Xatırladaq ki, İsveç üç oyunda doqquz xal toplayaraq G qrupunda birinci yerdən pley-offa yüksəlmişdi. Amerikalılar 5 xalla E qrupunda ikinci olmuşdu.

Aut.az