Digər

Azərbaycan gimnastlarından daha bir medal

Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında ölkəmizi təmsil edən bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri mükafatçılar sırasına düşüb.

Aut.az xəbər verir ki, millinin üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 iplə hərəkətlərin icrasında  bürünc medal qazanıb.

Azərbaycan yığması dünən çoxnövçülükdə üçüncü olmuşdu.