Dünya cempionatı

Belçikanın qolu DÇ tarixinə düşdü

ABŞ-da keçirilən 2026-cı il dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Belçika millisi əlavə vaxtda Seneqalı 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qələbə qolunu Yuri Tilemans 125-ci dəqiqədə penalti zərbəsindən vurub.

“Opta”nın məlumatına görə, qolun dəqiq vaxtı 124 dəqiqə 44 saniyə olub. Bununla da bu qol dünya çempionatları tarixində vurulan ən gec qol kimi rekorda düşüb.

Qeyd edək ki, qolun bu qədər gec vurulmasının əsas səbəbi qarşılaşmanın baş hakimi, Honduraslı Ektor Martinesin penalti təyin etməzdən əvvəl VAR epizodunu uzun müddət izləməsi olub.

Aut.az