Dünya cempionatı

Cekodan tarixi göstərici: Amma…

ABŞ-da keçirilən 2026-cı il Dünya Çempionatının 1/16 final mərhələsində ABŞ və Bosniya və Herseqovina milliləri üz-üzə gəlib.

Aut.az xəbər verir ki, bosniyalıların start heyətində meydana hücumçu Edin Ceko çıxıb.

“Opta”nın məlumatına görə, 40 yaş 106 günlük olan Ceko Dünya Çempionatlarının pley-off mərhələsində meydana çıxan 40 və daha yuxarı yaşda ilk meydan oyunçusu kimi tarixə düşüb.

Qeyd edək ki, bu rekordun yaxın günlərdə təkrarlanacağı gözlənilir. Belə ki, iyulun 3-də Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo (41 yaş 148 gün), iyulun 4-də isə Xorvatiya millisinin lideri Luka Modriç (40 yaş 298 gün) 1/16 final oyunlarında meydana çıxacaqları təqdirdə eyni göstəriciyə sahib olacaqlar.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında milli komandaların yekun iştirak ərizələrinə 40 və daha yuxarı yaşda olan 8 futbolçu daxil edilib.