Dünya cempionatı

DÇ-2026-da təsirli anlar: Baş məşqçi mətbuat konfransında atasının öldüyünü öyrəndi – VİDEO

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr dünya çempionatının 1/16 final mərhələsində İngiltərəyə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra atasının vəfat etdiyini öyrənib.

Aut.az xəbər verir ki, hadisə oyundan sonra keçirilən mətbuat konfransında baş verib.

Konqo millisinin mətbuat katibi tədbiri baş məşqçiyə başsağlığı verərək yekunlaşdırmaq istəyib. Lakin Desabr həmin ana qədər atasının vəfatından xəbərsiz olduğu üçün deyilənlər onda böyük təəccüb və çaşqınlıq yaradıb.

Baş məşqçinin bu xəbərə verdiyi sarsıdıcı reaksiya əks olunan video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.