Skaloni Messini dünya çempionatına aparacaq? – Həqiqət budur ki…
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messi barədə açıqlama verib.
Aut.az xəbər verir ki, o, 37 yaşlı superulduzun 2026-cı il dünya çempionatında oynaya bilmə ehtimalı barədə danışıb:
“İndi bu barədə danışmağın vaxtı deyil. Həqiqət budur ki, mən bunun uyğun sual olduğunu düşünmürəm. Leo özü karyerası üçün nəyin ən yaxşı olduğunu bilir və biz ona düzgün anda qərar verməyə imkan verməliyik”
Xatırladaq ki, sıralarında Lionel Messinin olduğu Argentina millisi son iki böyük turnirin qalibi olub. Komanda 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunu, həm də 2024-cü ildə Amerika Kubokunu qazanıb.
Aut.az
