Dünya futbolu

Zidanın oğlu Afrika ölkəsinin yığmasına çağırıldı

“Qranada”nın 27 yaşlı qapıçısı Luka Zidan DÇ-2026-nın seçmə mərhələsi üçün Əlcəzair millisinə ilk çağırışını alıb.

Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Sentyabrda əfsanəvi Zinəddin Zidanın oğlu idman vətəndaşlığını dəyişib. O, Fransanı gənclər səviyyəsində təmsil edib.

Qapıçının debütü oktyabrda Dünya Çempionatının seçmə mərhələsində Somali (9 oktyabr) və Uqanda (14 oktyabr) ilə matçlarda baş tuta bilər.

Zidanın oğlu Afrika ölkəsinin yığmasına çağırıldı

Aut.az