Təhlükəsizlik işçiləri onu tanımadılar, millinin bazasına buraxmadılar – VİDEO
Təhlükəsizlik işçiləri İspaniya millisinin hücumçusu Borxa İqlesiası tanımayıb və axşam gəzintisindən sonra onu məşq meydançasına buraxmayıblar.
Aut.az xəbər verir ki, İqlesias “El Chiringuito” tərəfindən yayımlanan videoda bildirib:
“Mən milli komanda oyunçusuyam, heyətə düşməliyəm. Mən Borxa İqlesiasam”.
Futbolçu bazaya buraxılması üçün milli komandanın administratoruna zəng etməli olub.
Aut.az
