Basketbol

Azərbaycan millisi Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin “Nesine Aydın Spor” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki,b, Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.

Bu matç Azəbaycan yığmasının AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.