Taxt indi sənindir – “Milan” onu belə təbrik etdi
İtaliyanın “Milan” futbol klubu Fransada keçirilən “Paris Masters” turnirindəki qələbəyə görə dünya tennisinin bir nömrəsi Yannik Sinneri təbrik edib.
Aut.az xəbər verir ki, Yannik final görüşündə kanadalı Feliks Auqer-Aliassime (10-cu yer) 6-4, 7-6 (7-4) hesabı ilə qalib gəlib.
“Masters” taxtı indi sənindir. Parlaq performans, Yannik”, – “Milan”ın mətbuat xidməti yazıb.
Parisdəki qələbə Sinnerin karyerasında 23-cü, cari mövsümdə beşinci, “Masters” yarışında isə beşincidir.
Aut.az
