Qəzəbləndi, raketkanı belə sındırdı – VİDEO
Noyabrın 1-də Qazaxıstan pasportu olan rusiyalı Aleksandr Bublik karyerasında ilk dəfə Parisdə keçirilən ATP 1000 turnirinin yarımfinalına yüksəlib.
Aut.az xəbər verir ki, Bublik yarımfinalda təkcə parlaq performansı ilə deyil, həm də emosional hərəkəti ilə yadda qalıb.
Dünyanın 10 nömrəsi tennisçisi Feliks Auqer-Aliassime ilə gərgin keçən görüşdə Bublik 7-6(3), 6-4 hesabı ilə uduzsa da, ən çox nəticədən yox, onun çılğınlığından danışılır.
İkinci setdə uğursuz top qəbulundan sonra tennisçi əsəbiləşib və raketkasını qəzəblə korta vuraraq sındırıb.
Xatırladaq ki, Parisdə keçirilən “Masters”in qalibi turnirin finalında Bubliki “incidən” Feliksə qalib gələn Yannik Sinner (6:4, 7:6(4)) olub.
Aut.az
