Azərbaycan klubu ABŞ-dan olan basketbolçu ilə müqavilə bağlayıb
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Aut.az xəbər verir ki, 201 sm boya malik Mark Vance ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
ABŞ-dan olan basketbolçunun son klubu “UT Southern” olub.
