Evinə girən oğrulara atəş açdığı tapança qanunsuz imiş
“Los-Anceles Leykers”in sabiq oyunçusu Kristian Vudun özünü quldurlardan müdafiə etmək üçün istifadə etdiyi tapança qeydiyyatdan keçməyib.
Aut.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Mənbənin sözlərinə görə, Los-Anceles polisi hazırda hadisənin bütün aspektlərini araşdırır və istifadə edilən silahla digər cinayətlər arasında əlaqə axtarır.
Lakin keçmiş basketbolçunun sözlərinə görə, tapança ona məxsus olmayıb və o, onu kirayədə yaşadığı evdə tapıb.
Xatırladaq ki, basketbolçunun Los-Ancelesdə (ABŞ) Şerman Oks şəhərindəki evinə oğrular girib. Hadisə noyabrın əvvəlində baş verib. Üç nəfər içəri girmək üçün arxa qapını sındırıblar. Mənbələrə görə, Vud yalnız yerə atəş açıb və oğruları nişan almayıb.
Aut.az
