Lebron gələcəyi ilə bağlı bəyanat yaydı
“Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms gələcəyi ilə bağlı açıqlama yayıb.
Aut.az xəbər verir ki, Lebron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Gələcəyimlə bağlı çoxlu mesajlar görmüşəm və eşitmişəm. Dünən gecə dedim, yenə də deyirəm, hələ heç nə bilmirəm. Çünki indi yalnız ailəm və dostlarımla vaxt keçirməyi düşünürəm. Ailəmlə, həm də agentimlə danışanda siz hər şeyi biləcəksiniz. Sevgilərlə, Kral”, – Ceyms yazıb.
Bu mövsüm Lebron Ceymsin rəhbərlik etdiyi “Leykers” mövsümün pley-off mərhələsində ilk raundunda “Denver”ə 1-4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Aut.az
