Dünya futboluİspaniya

O, Messini də keçə bilər: Sneyder kimi deyir?

“Real”ın, “İnter”in, “Qalatasaray”ın və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder “Barselona”nın 18 yaşlı cinah oyunçusu Lamine Yamal haqda danışıb.

Aut.az xəbər verir ki, Sneyder Yamalın da Messi kimi Kataloniya klubunun əfsanəsinə çevrilə biləcəyini iddia edib:

“Biz hazırda niyə Lamin Yamalın nə vaxtsa Messi olub-olmayacağı barədə danışırıq? Lamin Yamal artıq “Barselona”nın yeni Messidir. Onu heç vaxt buraxmayacaqlar və məncə, bu oğlan ayrılmaq istəməz. O, uşaqlıqdan oradadır və artıq əsas komanda oyunçusu kimi çox şeyə nail olub. O, çoxlu pul qazanıb. Almaniyaya və ya İngiltərəyə gedəcək? Başqa yerdə mənasızdır.

Ola bilsin ki, o, Messi kimi daha sonra yeni bir şey sınamaq üçün gedəcək, amma indi 2025-ci ildir. Əgər bu söhbətə 10 ildən sonra yenidən qayıtsaq, həmin vaxt Yamal hələ də “Barselona”da olacaq. Yamal Messi səviyyəsinə çata və ya daha da yaxşılaşaraq onu ötüb keçə bilərmi? Bu mümkündür. Oyunçular ildən-ilə təkmilləşir”, – Sneyder deyib.

Aut.az