Dünya futbolu

Şəhərə varid oldu

Argentinalı hücumçu Lionel Messi yeni klubu “İnter”in düşərgəsinə qoşulmaq üçün Mayamiyə gəlib.

Aut.az xəbər verir ki, futbolçu həyat yoldaşı və uşaqları ilə birlikdə təyyarədən enərkən görüntülənib. Messi ailəsi Mayamidəki evinə yollanıb.

Dünya çempionunun iyulun 21-də debüt edəcəyi gözlənilir. Futbolçunun “İnter Mayami” formasıyla ilk oyununu Meksikanın “Kruz Azul” klubuna qarşı keçirəcəyi gözlənilir.