Ay səni… – Bu qədər pulu gizlədibmiş
“Real”ın baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur.
Aut.az xəbər verir ki, mütəxəssis 2014-cü ildə imic hüquqlarından istifadəyə görə aldığı 400 min avro məbləği bəyan etməyib. Bu barədə “El Mundo” məlumat yayıb.
Qeyd olunur ki, mentor həmin vaxt vergi məsələsi ilə bağlı lazımi məsləhətlər almadığını iddia edərək bu faktı etiraf edib. Daha sonra Ançelotti 2013/14 mövsümü üçün 5,8 milyon avro maaş elan edib. Məhkəmə məşqçini 2015-ci illə bağlı vergi pozuntusunda təqsirli bilməyib.
