Dünya futbolu

“Messi şoudur, o, şəhərdə olanda…”

“Neşvil”in baş məşqçisi Qari Smit KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin ilk oyunundan sonra “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda danışıb.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb, “Mayami”nin qollarını Messi və Luis Suares vurub.

“Messi, Buskets, Suares kimi oyunçuların intellekt səviyyəsi tamamilə fərqlidir. Tamamilə fərqli. Baxmayaraq ki, əksər hallarda bizim uşaqlar əla iş gördülər.

Messi şəhərdə olanda atmosfer bir az dəyişir. O, şou, müstəsna insandır”, – deyə Smitin sözlərini “Daily Mail” sitat gətirib.

Aut.az