Dünya futbolu

“Qızıl top”un səsverməsinin nəticəsi Neymarı qəzəbləndirdi: Çox şit zarafatdır

“Santos”un ulduz hücumçusu Neymar “Qızıl top”un sesvərməsinin nəticələrini göstərən sosial media paylaşımına şərh yazıb.

Aut.az xəbər verir ki, braziliyalını “Barselona”nın cinah oyunçusu Rafinyanın beşinci yeri tutması qəzəbləndirib.

Neymar səsvermənin nəticələrini əks etdirən paylaşımın altında belə yazıb: “Rafinya beşincidir? Bu, çox şit zarafatdır”.

Xatırladaq ki, mükafatı PSJ-nin fransalı hücumçusu Usman Dembele qazanıb. “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal ikinci , PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya isə üçüncü olub.

Aut.az